Erməni qızı Azərbaycanla sərhəddən şəkil yaydı – Ermənilər HƏYƏCANLANDI

04.07.2024 - 11:56

Ermənistanın Tavuş rayonunun Azərbaycanla sərhəddə yerləşən Kirants kəndinin sakini Qohar Vardanyan həmyerlilərini təşvişə salacaq məlumat yayıb. Modern.az xəbər verir ki, erməni qızı özünün Facebook səhifəsində sərhəddən çəkilən şəkli aşağıdakı qeydlə paylaşıb: “Azərbaycan sərhədçiləri, mən, erməni sərhədçiləri… Yeri gəlmişkən, Azərbaycan bayrağı addım-addım irəliləyir”.

Qohar Vardanyanın paylaşımını Ermənistan mətbuatı da yayıb. Erməni qızının paylaşımı sosial şəbəkələrdə həyəcan və təşviş yaradıb, ermənilər Paşinyan hakimiyyətini Qazaxın işğaldakı 4 kəndini Azərbaycana qaytardığına görə ən ağır sözlərlə söyüblər. Qeyd edək ki, Tavuş rayonunun Kirants kəndi Qazax rayonunun Xeyrimli kəndi ilə üzbəüz ərazidə yerləşir. Kirants ermənilər 30 illik işğal dövründə Xeyrimli kəndinin ərazilərini qanunsuz olaraq mənimsəyib istismar edirdilər. Delimitasiya zamanı həmin torpaqların ermənilərdən geri alınması kənddə etiraz aksiyalarına səbəb olmuş, Paşinyan hakimiyyətinə qarşı “istefa!” şüarları səsləndirlmişdi.
Yerli ermənilər hələ də uzun illər boyu qanunsuz istismar etdikləri torpaqların əllərindən çıxmasını heç cür həzm edə bilmirlər. Xatırladaq ki, 19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikasının delimitasiya komissiyalar arasında Qazaxın 4 kəndinin qaytarılması barədə razılıq əldə edilib. 15 may 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında Texniki Protokol razılaşdırılıb və bu barədə müvafiq sənəd mzalanıb.

Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin – Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.  24 may 2024-cü il tarixində həmin kəndlər Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=202312

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031