Paşinyandan Rusiyanı qıcıqlandıran daha bir mesaj

04.07.2024 - 13:05

“Ermənistan ABŞ-la münasibətlərinin səviyyəsini bir çox sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməyə hazırdır”. KONKRET.az xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyanın ABŞ-ın Müstəqillik Günü münasibətilə Amerika lideri Co Baydenə müraciətində deyilir.

“Qeyd etməkdən məmnunam ki, demokratik islahatlar, iqtisadi və enerji davamlılığının gücləndirilməsi, ədalət mühakiməsi, korrupsiyaya qarşı mübarizə, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığımızı daha da genişləndirmək öhdəliyi Ermənistan və ABŞ arasında strateji dialoqun yüksəldilməsi konsepsiyasında öz əksini tapıb, – deyə Ermənistan hökumətinin başçısı bildirib.

Paşinyanın sözlərinə görə, Ermənistan Cənubi Qafqazda sülhün bərqərar olması prosesində ABŞ-ın roluna əhəmiyyət verir və ABŞ-ın Ermənistan Respublikasının suverenliyi, müstəqilliyi, demokratiyası, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyi dərindən qiymətləndirir.

“…Mən Ermənistanın sülh gündəliyinə sadiqliyini bir daha təsdiq etmək istərdim və əmin olduğumu bildirmək istərdim ki, bizim bu kritik dövrdə davamlı və möhkəmlənən tərəfdaşlığımız ölkələrimiz və region üçün dinc və daha firavan gələcək yaratmağa kömək edəcək”, – Ermənistanın baş naziri mesajında ​​bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=202330

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031