Britaniyada seçki: Baş nazir dəyişir – Nələr olacaq?

05.07.2024 - 12:22

Böyük Britaniyada dünən keçirilən seçkinin ilkin nəticələri elan olunub. Mia.az xarici mətbuata istinadla xəbər verir ki, seçikinin nəticələrinə görə, sol mərkəzçi Leyboristlər Partiyası 14 ildən sonra parlamentdə səs çoxluğu ələ keçirib.

Rishi Sunak bu gün səhər yerli vaxtla saat 4.40 radələrində məğlubiyyətini etiraf edib: “Mən Leyboristlər  (İşçi) Partiyası seçkilərdə qalib gəldi və mən o partiyanın lideri Keir Starmerə onu təbrik etdim”.

Britanya mətbuatı yazır ki, Leyboristlər Partiyası parlamentdə hakim üstünlüyü təsdiqləyən 326 mandat yerinə qarşı təxminən 410 yer qazanıb: “Bu, o deməkdir ki,  Keir Starmerin partiyası təkbaşına iqtidarda olacaq. Rişi Sunakın lideri olduği Mühafizəkarlar Partiyası isə cəmi 144 mandata sahiblənib”.

Keçmiş baş prokuror və insan haqları üzrə vəkil  Keir Starmer ilkin açıqlamasında ölkəyə dəyişiklik gətirəcəyinə söz verib: “Bizim bunu reallaşdırmağımızın arttıq vaxtıdır”.

Məlmata görə, Rishi Sunak 24 saat ərzində Böyük Britaniyanın baş nazirinin ofisini tərk etməli və hər şeyi Keir Starmerə təhvil verməlidir: “Kralın təqdimatından sonra isə yeni Baş anzir hökuməti qurmağa başlayacaq”

Bəs Keir Starmer kimdir?

Keir peşəkar karyerasına 1990-cı illərdə vəkil kimi başlamış və 2008-ci ildə İngiltərə və Uelsin prokuroru işləyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=202373

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031