Türkiyə kəşfiyyatı türk bayrağına hücum edənləri ələ keçirib – VİDEO

06.07.2024 - 09:56

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) keçirdiyi əməliyyat nəticəsində Suriyanın şimalında Türkiyə bayrağına qarşı təxribat törədənlər yaxalanıb.

APA xəbər verir ki, əldə olunan məlumata görə, iyunun 30-da Kayseri və bəzi vilayətlərdə qaçqınlara qarşı baş verən hadisələrdən sonra Suriyanın şimalında Türkiyəni hədəf alan təxribatlar baş verib.

Bu hadisələr zamanı Milli Kəşfiyyat Təşkilatı, Daxili İşlər və Milli Müdafiə nazirlikləri türk bayrağına hücum edərək Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı hərəkətlər həyata keçirməyə cəhd edən şübhəlilərin tutulması üçün əməliyyat başladıb.

MİT-in həyata keçirdiyi əməliyyatlar nəticəsində Suriyanın Əl Bab şəhərində türk bayrağına hücum edən bir neçə şəxs saxlanılaraq Türkiyəyə gətirilib.

Daha sonra həmin şəxslər törətdikləri əməllərdən peşman olduqlarını deyərək Türkiyə dövlətindən və xalqından üzür istəyiblər.

 

 

Short URL: http://www.cumhuriyyet.net/?p=202412

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930