Daha bir vulkan aktivləşdi: QIRMIZI HƏYƏCAN

06.07.2024 - 14:42

Siciliya adasında son bir neçə gündə vulkanik fəaliyyətlər artıb. Musavat.com xarici mediaya istinadən bildirir ki, Etnadan sonra İtaliyanın cənubundakı aktiv vulkanlardan biri olan Stromboli də aktivləşib.

Aktiv vulkan olan Strombolidə partlayışların baş verdiyi bildirilib. Məlumata görə, Eol arxipelaqına daxil olan Stromboli adasındakı vulkandan intensiv şəkildə kül və bir qədər lava püskürtməyə başlayıb, lava və qaya parçaları dənizə düşüb. İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) paylaşdığı məlumatda Stromboli vulkanının yaydığı külün təxminən 2 kilometr yüksəkliyə çatdığı qeyd edilib. Baş nazirlik Mülki Müdafiə İdarəsi tərəfindən X platformasında edilən paylaşımda Strombolidəki sıx vulkanik aktivliyə görə həyəcan səviyyəsinin “qırmızı” ilə ən yüksək səviyyəyə qaldırıldığı açıqlanıb. Bildirilib ki, Mülki Müdafiə Baş direktoru Fabrizio Kursio adada yaşayan insanları vulkanın təsirindən qorumaq üçün atılan addımları qiymətləndirmək və vəziyyəti izləmək üçün fövqəladə əməliyyatlar komitəsini toplayıb.

Etnadan çıxan kül və tüstü buludu hava nəqliyyatına da təsir edib. Etnanın külünün Kataniya şəhərinə və Fontanarossa Hava Limanına çatdığı açıqlanıb. Bu səbəbdən bu gün səhər saatlarından etibarən hava limanında ehtiyat tədbiri olaraq uçuşlar dayandırılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=202456

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31