İrəvan Rusiyanın “çətiri altına” qayıdır: Nə baş verir?

07.07.2024 - 13:34

Böyük Britaniya, Fransa və Almaniyada seçkilər ərəfəsində Ermənistan hakimiyyəti Qərbdəki vəziyyət aydınlaşana qədər antirusiya fəaliyyətini müvəqqəti dayandırmaq barədə “direktiv” alıb.  Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın Niderlanddakı keçmiş səfir Dzünik Ağacanyan Ermənistan-Rusiya münasibətlərinin son inkişafı haqda qeyd edib.

O, Ermənistanın Rusiyadakı səfirinin Belqorod qurbanlarını ziyarət etmək üçün bu regiona getməsi, Paşinyanın AB-yə daxil olmağa görə referendum keçirməyin məqsədəuyğun olmadığını bildirməsi və s. kimi son addımları təsadüf saymayıb.  Onun fikrincə, Rusiyaya qarşı çıxışlarda “pauza” Fransa və Böyük Britaniyada seçkilər tam başa çatandan sonra bitəcək.

Ağacanyan Almaniya və ABŞ-da da dəyişikliyin mümkünlüyünə eyham vuraraq, indiki məqamda Ermənistanın Rusiyaya qarşı “müttəfiq yanaşması”nı daha 3-4 ay davam etdirəcəyinə əminliyini ifadə edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=202493

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930