Xamenei əmr verdi: İranın xaricdəki düşmənlərini bu “tətikçi” təmizləyir

08.07.2024 - 14:14

“İran xaricdəki düşmənlərini məhv etmə əməliyyatlarını İran İnformasiya və Milli Təhlükəsizlik Nazirliyinin rəhbərinin müavini Yəhya Hüseyni Pançakinin rəhbərliyi ilə aparıb”. Globalinfo.az xəbər verir ki, məlumatı “İran İnternational” öz mənbələrinə istinadən yayıb.
Sayt Pançakinin Sidixi Hamidi kimi də tanındığını bildirib. Araşdırmada Hamidiyə İranın Ali dini lideri Əli Xamenei tərəfindən tam etibar edildiyi vurğulanıb. Məqalədən o da aydın olur ki, Pançaki Təbriz Universitetinin politologiya üzrə aspirantı olub. Diqqət çəkən məqam isə onun yazdığı məqalələrin əsasən təhlükəsizlik sferası, hibrid təhdidlər və təkfirçilərlə mübarizə strategiyaları üzərinə olub.
Qərb ölkələri Pançakini artıq özlərinin qara siyahılarına salıblar. Buna səbəb isə onun 2017-ci ildə Parisdə Xalq Mücahidləri Partiyasının keçirəcəyi konfransın partladılması əməliyyatında iştirakı olub. Məhz Pançaki hazırkı çalışdığı nazirlikdə Şəhid Süleymani Qərargahı yaratdığı və məhz buradan bütün dünya üzrə diversiya əməliyyatları apardığı iddia olunub. Bunun sayəsində onun SEPAH, Hizbullah və Qüds qüvvələri ilə sıx əlaqələrinin formalaşdığı bəlli olub. Lakin saytın mənbəsi onu da iddia edir ki, SEPAH-da bir çox generallar Pançakinin ambisiyalarından heç də məmnun deyillər.
Pançakiyə həmçinin Xameneinin göstərişi ilə İsraillə bağlı əməliyyatların da məsuliyyəti verilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=202561

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930