Türksat 6A kosmosa buraxılıb: Türkiyə dünya əhalisinin 5 mlyardına nüfuz edəcək

09.07.2024 - 11:30

Ötən gecə Bakı vaxtilə saat 03.30-da Türkiyənin milli rabitə peyki Türksat 6A ABŞ-ın Florida ştatındakı Cape Canaveral Kosmik Qüvvələri Stansiyasından SpaceX-in Falcon 9 raketi ilə kosmosa buraxılıb. 

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki,  uğurlu buraxılışdan 67 dəqiqə sonra peykdən ilk siqnal alınıb.

Məlumata görə, Türksat 6A-nın orbitə buraxılması üçün Florida ştatındakı Cape Canaveral Kosmik Qüvvələr Stansiyasında təşkil edilən mərasimdə nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, Müdafiə Sənayesi Rəyasət Heyətinin sədri Haluk Görgün, Türksat Baş direktoru Həsən Hüseyn Ertok, Elmi Tədqiqatlar Təşkilatının sədri və Türkiyə Texnoloji Araşdırmalar Şurası (TÜBİTAK) Prof. Dr. Həsən Mandal, Türk Aerokosmik Sənayesi (TAI) baş direktoru Mehmet Dəmiroğlu, ASELSAN baş direktoru Əhməd Akyol, CTECH baş direktoru Cüneyd Fırat və digər rəsmilər iştirak ediblər.

Bildirilib ki, Türksat 6A öz orbitində 42 dərəcə şərq uzunluğunda xidmət göstərəcək: “Orbital sınaqlar Türksat tərəfindən ən az 1 ay sınaq olaraq qəbul ediləcək. Daha sonra istifadəyə veriləcək. Dünyadan 35 min 786 kilometr uzaqlıqda yerləşəcək Türksat 6A, 20 Ku Band transponderi ilə xidmət göstərəcək. 8,4 kilovat gücündə və 4 min 229 kiloqram ağırlığında olan Türksat 6A ilə Türksatın xidmət göstərdiyi əhatə dairəsi Hindistan, Tayland, Malayziya və İndoneziyaya qədər genişlənəcək. Peykin fəaliyyətə başlaması ilə Türkiyə öz rabitə peykləri ilə dünya əhalisinin 65 faizdən çoxuna – təxminən 5 milyard nəfərə nüfuz edə biləcək”.

Short URL: http://www.cumhuriyyet.net/?p=202606

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930