Gürcüstanın Aİ-yə qəbulu prosesini dayandırıldı: Ayrılan 30 milyon da verilmədi

09.07.2024 - 12:08

Avropa İttifaqı(Aİ) ölkələrinin liderləri Gürcüstanın Aİ-yə qəbulu prosesini dayandırmağı razılaşdırıblar, çünki rəsmi Tbilisinin niyyətləri Aİ liderləri üçün aydın deyil.

“AzPolitika” xəbər verir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski deyib.

O, qeyd edib ki, “xarici agent” qanunu Gürcüstan tərəfindən geriyə atılmış addımdır: “Həmçinin, anti-Qərb, anti-Avropa ritorikası bəyan edilmiş Avropa İttifaqına daxil olmaq məqsədi ilə tamamilə uyğun gəlmir. Təəssüf ki, hazırda Gürcüstanın Avropa İttifaqına qəbulu dayandırılıb. Bu, həqiqətən də kədərlidir və ürəkağrıdandır”. Qerçinski ümid etdiyini bildirib ki, “oktyabrda keçiriləcək seçkilərdən sonra yeni qurulan hökumət yenidən Avropa İttifaqına daxil olmaq üçün ciddi işə başlayacaq”.

O, həmçinin bildirib ki, Avropa İttifaqı Gürcüstanın Müdafiə Nazirliyi üçün 30 milyon avro ayırmaqdan vaz keçib.

Short URL: http://www.cumhuriyyet.net/?p=202629

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031