Rusiya “Volkswagen”i cəzalandırıb – 16,9 milyardlıq təzminat

09.07.2024 - 16:22

Rusiya məhkəməsi Almaniyanın məşhur “Volkswagen” şirkətinə qarşı məhkəmə qərarı çıxarıb. Mia.az Rusiya mediasına istinadla xəbər verir ki, Nijni Novqorod şəhər məhkəməsi QAZ şirkətinin iddiası əsasında “Volkswagen” şirkətinə 16,9 milyard rubl (təxminən 193 milyon dollar) təzminat cəzası kəsib.

İddiada qeyd edilib ki, “Volkswagen” “QAZ”la anlaşmanı pozmaqla ikincini böyük zərərlə üzləşdirib: “”QAZ” “Volkswagen”i müqaviləyə əsasən istehsal və hissələrlə bağlı öhdəliklərini yerinə yetirməməkdə, həmçinin müqavilələrə birtərəfli qaydada xitam verməkdə ittiham edib…”.

Catırladaq ki, “Volkswagen” Ukrayna savaşı başlayandan bir il sonra, daha dəqiqi, 2023-cü ilin may ayında Rusiyadakı aktivlərini bir Rus şirkətinə sataraq ölkəni tərk edib.

Rusiyanın ticarət naziri Anton Əlixanov isə bildirib ki, “Volkswagen”in Kaluqadakı köhnə fabrikində kütləvi avtomobil istehsalına başlanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=202678

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031