Demokratlar gizli görüş keçirib: Mövzu yenə Baydendir…

10.07.2024 - 11:33

ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvləri gizli görüş keçiriblər. “AzPolitika” xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb. Məlumata görə, qapalı görüşdə ABŞ prezidenti Co Baydenin səhhətinə görə seçki yarışından çəkilib-çəkilməməsi məsələsi müzakirə edilib. Qeyd olunur ki, məlumat sızmasının qarşısını almaq üçün cib telefonlarına icazə verilməyən toplantıya qatılan üzvlər görüşün məzmunu ilə bağlı mətbuata ətraflı açıqlama verməmək barədə razılığa gəliblər.
Daha əvvəl Baydenin namizədliyini geri götürməli olduğunu bildirən Nyu Cersi Nümayəndələr Palatasının üzvü Cerri Nadler görüşdən sonra qısa açıqlama verərək Baydenin namizədliyini dəstəklədiyini bildirib. “Mən Baydeni dəstəkləyəcək və seçki kampaniyasında onun üçün çalışacağam. Baydenin qalib gəlməsi çox vacibdir” – deyə, o, qeyd edib.
Bəzi demokratlar isə Baydenin yaşının seçkilərə qədər müzakirə ediləcəyindən narahat olduqlarını bildiriblər.
Tennessi Nümayəndələr Palatasının üzvü Steven Cohen gizli görüşdən sonra jurnalistin: “Demokratların Baydenən razı olub-olmaması” ilə bağlı sualına “Razı deyilik” şəkində cavab verib.
İndiana Nümayəndələr Palatasının üzvü Mayk Quiqley də partiyasının namizədi Baydenə açıq etirazını ifadə edərək, “Qalib gələ bilməyəcəyi üçün geri çəkilməlidir”,- deyə bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=202708

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930