Rusiya Ukrayna müharibəsində dönüş anı – Vasitəçi kim olacaq…

10.07.2024 - 12:12

Rusiya Ukrayna müharibəsi ənənəvi şiddəti ilə davam edir. Kiyevin Qərbdən aldığı və daha dağıdıcı silahlar döyüş meydanında qarşı tərəfin canlı və texniki itkilərini xeyli artırıb. Təbii ki, Rusiya da sakit dayanmayıb. Böyük ehtimalla, bu yay hərbi qarşıdurma ən kəskin fazasına girəcək.  “Qərb müttəfiqləri Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirməyə icazə verərsə, Ukrayna ordusu qarşı tərəfin hücum əməliyyatlarını poza biləcək”. Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun təhlilində deyilir (Teleqraf.com).

ABŞ analitikləri nümunə kimi iyunun sonunda Ukrayna Silahlı Qüvvələrinin endirdiyi zərbələri göstərirlər. Ötən günlərdə Ukrayna hərbçiləri Belqorod vilayətindəki Rusiya alayının komanda məntəqəsini vurmuşdular. Obyektin cəbhə xəttinə yaxın və sərhədə bir kilometrdən də az məsafədə yerləşməsi, onun Rusiyanın Xarkov vilayətindəki əməliyyatlarında mühüm əhəmiyyət daşıdığını deməyə əsas verir.  İnstitutun ekspertlərinin fikrincə, Ukrayna hərbi obyekti Fransanın yüksək dəqiqlikli “Armament Air-Sol Modulaire Hammer” bombası ilə vurub. “Bu, Qərbin Ukrayna ordusunun Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirmək üçün öz silahlarından istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa davam edərsə, Ukraynanın Rusiyanın hücum əməliyyatlarını poza biləcəyi faktını təsdiqləyir. Ukrayna düşmənin genişmiqyaslı əməliyyatlarını pozmaq məqsədilə Rusiyanın dərinlikdəki hərbi obyektlərinə zərbələr endirmək üçün Qərbin verdiyi silahlardan, xüsusən də ATACMS raketlərindən istifadə edə bilməlidir”, – təhlildə vurğulanır.

Görünən budur ki, müharibədə dönüş anı yaxınlaşmaqdadır. Hərçənd tərəflərin diametral zidd mövqeləri sülh masasının qurulmasını mümkünsüz edir. Macarıstan baş naziri Viktor Orbanın təşəbbüsü ilə bağlı qalmaqal isə göstərdi ki, vasitəçi tapmaq elə də asan deyil.  Maraqlıdır ki, Orbanın Putinlə görüşündən sonra Rusiya Ukraynaya hücumları artırıb. “Önümüzdəki aylarda cəbhədəki vəziyyətin daha da pisləşəcəyi gözlənilir. Mənim həm Ukrayna, həm də Rusiya prezidentləri ilə danışmaq imkanım olub və inanın ki, qarşıdakı iki-üç ay düşündüyümüzdən daha qəddar olacaq. Müharibə siyasətindən sülh siyasətinə keçmək üçün indi ən doğru məqamdır”, – Orban bildirib.

Bəs vasitəçi hansı lider və ya ölkə olacaq, yoxsa müharibə öz axarı ilə təbii sonluğuna – kapitulyasiya sənədinin imzalanmasına doğru gedəcək? Zaman kimə işləyir – Rusiyaya, yoxsa Ukraynaya (kollektiv Qərbə)?

Bu arada Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, “Orbanın sülh missiyasını fəal şəkildə təbliğ edən Macarıstan Moskva ilə danışıqlarda vasitəçi ola bilməz”. O, vasitəçi qismində ABŞ, Avropa İttifaqı və ya Çini gördüyünü bildirib.

Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a deyib ki, Ukrayna-Rusiya müharibəsinin yaxın zamanlarda bitmək perspektivi yoxdur: “Məsələ burasındadır ki, müharibənin sonlandırılması nə Ukraynadan, nə Macarıstandan, nə Türkiyədən, nə də Avropa İttifaqından asılıdır. Müharibə ABŞ bitməsinə qərar verərsə, bitər. ABŞ isə öz strateji hədəflərinə çatmayanadək onu bitirmək istəməyəcək. Söhbət burada təkcə Rusiyanı strateji məğlubiyyətə uğratmaqdan da getmir. ABŞ-ın daha böyük hədəfləri var: Çini  böyüməsini və dünya hegemoniyasını ələ keçirmək imkanlarını yox etmək. Əsl hədəfin Çin olduğu artıq NATO yetkililəri tərəfindən açıq şəkildə dilə gətirilir, gizlədilmir. NATO qüvvələri Çinə qarşı mübarizəni ona görə Rusiyadan başlayıblar ki, bu gərginlik xətti çoxdan döyüşə  hazır vəziyyətə gəlmişdi. Üstəlik, Rusiyanın başını Avropa ölkələri ilə qatmaqla ABŞ Hind-Sakit okeandakı müttəfiqlərini də Çinlə savaşdıra və yeri gələndə Qərb ölkələrini də bu münaqişəyə cəlb edə bilər”.

Heydər Oğuzun fikrincə, Çinlə ABŞ arasındakı hələlik “gözəgörünməz” müharibənin bir neçə hədəfi var:

1)   Nəqliyyat və ticarət yollarına nəzarət;

2)   Cənub Çin dənizinə, həmçinin Sakit və Hind okeanlarına nəzarət;

3)   Mərkəzi Asiya ölkələrinin təbii sərvətlərini mənimsəmək;

4)   Yaşanan yeni sənaye inqilabında təşəbbüsü qarşı tərəfə ötürməmək və s.

Sözsüz ki, bütün bu hədəflər qısa zamanda gerçəkləşdirilə bilməz. Deməli, savaş da tezliklə bitməyəcək. Əksinə biz dünyanın fərqli bölgələrində yeni münaqişə ocaqlarının atəşləndiyini görəcəyik. (Musavat.com)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=202725

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031