Bayden NATO sammitindən Putinə mesaj verdi: O uduzacaq!

10.07.2024 - 12:25

ABŞ prezidenti Co Bayden Ukraynanın Rusiya ilə müharibədə qalib gələcəyinə əmindir. Modern.az xəbər verir ki, o bu barədə NATO-nun Vaşinqtonda keçirlən sammitində alyans üzvlərini salamlayarkən bildirib.

“Vladimir Putin Ukraynanın tam fəthindən başqa bir şey istəmir, o, Ukrayna demokratiyasına son qoymaq və Ukraynanı xəritədən silmək istəyir. Ancaq Ukrayna müstəqil olaraq qalır. Ukrayna Putini dayandıra bilər və dayandıracaq. Putinə və dünyaya mesajımız aydındır: Ukraynaya dəstəyimiz güclü və sarsılmazdır. Mən tam əminliklə deyirəm ki, Rusiya bu müharibədə uğursuzluğa düçar olur.

Putin özü bu müharibəyə başlamaq qərarına gəldi, iki il keçdi, 200 mindən çox rus əsgəri öldürüldü və yaralandı, milyonlarla insan bu ölkədə yaşamaq istəmədiyi üçün Rusiyanı tərk etdi. Beş günə təslim olmalı olan Kiyev iki ildir ki yerində qalır. Putin NATO-nun dağılacağına əmin idi, amma bu gün NATO öz tarixində heç vaxt olmadığı qədər güclüdür”, – Bayden deyib.

“Bu mənasız müharibə başlayanda Ukrayna azad ölkə idi və bu gün də həmin azad ölkə olaraq qalır. Müharibə bitəcək və Ukrayna müstəqil və azad olaraq qalacaq. Rusiya qalib gəlməyəcək. O, istədiyini almayacaq. Ukrayna qalib gələcək”, – Bayden vurğulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=202733

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031