ABŞ qüvvələri İrəvanda: Bu, Rusiyaya açıq mesajdır

10.07.2024 - 13:31

Hərbi fəaliyyətlər və keçirilən təlimlər siyasətin davamı və uzantısıdır. Dolayısı ilə təlimin keçirilməsi Ermənistanın Rusiya ilə strateji müttəfiqliyinə son qoymaq istəyi, yeni müttəfiqlər və strateji ortaqlar arayışlarının nəticəsidir. Bu sözləri Axar.az-a 15-24 iyul tarixlərind Ermənistanda ABŞ və Ermənistan hərbçilərinin iştirakı ilə keçiriləcək “Eagle Partner” hərbi təlimləri haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general-leytenant Yücel Karauz deyib.

General təlimin əsas məqsədinin güc nümayişi olduğunu vurğulayıb: “Ötən ilin sentyabrında “Eagle Partner” təliminin birincisi keçirilmişdi, bu ikincidir. Məqsəd qısa müddətdə böyük hərbi uğur əldə etmək yox, ABŞ-Ermənistan siyasi birliyini, Vaşinqtonun bölgədəki fiziki varlığını göstərməkdir. Buna hərbi termin kimi “bayraq göstərmək” də deyilir. Təlim ABŞ-ın Rusiya və İrana Ermənistandan əzələ nümayişi, barmaq silkələməsidir. Əlbəttə ki, bunun təlim, koordinasiya, təchizat və s. baxımından İrəvana faydaları da var. Lakin bayaq da qeyd etdiyim kimi, əsas məqsəd ABŞ-ın siyasi və hərbi baxımdan burda olduğunu nümayiş etdirməsidir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=202747

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930