Gürcüstanın Avropa qapıları bağlandı – kim uddu, kim uduzdu…

11.07.2024 - 12:57

Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesi dayandırılıb. Məlumdur ki, bu barədə açıqlama verən Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski səbəbini də bəyan edib. O, Tiflisdə Aİ-nin genişləndirilməsinə həsr edilmiş konfransda bildirib ki, Aİ tərəfindən Gürcüstanın müdafiə sahəsinə dəstək üçün nəzərdə tutulan 30 milyon avro məbləğindəki vəsaitin ayrılması da qeyri-müəyyən müddətə təxirə salınıb. Diplomat onu da bəyan edib ki, bu, sözügedən qurumun Gürcüstanla bağlı planlaşdırdığı tədbirlərin hələ hamısı deyil: “Biz Gürcüstan hökumətinə ayrılmalı olan vəsaiti bu ölkədə vətəndaş cəmiyyəti və mətbuatın inkişafına yönəldəcəyik. Bu barədə razılıq artıq əldə olunub”.

Pavel Herçinski onu da vurğulayıb ki, hazırda Gürcüstanın Avropa İttifaqına qəbulu dayandırılıb. Diplomat bunu iyunun 27-də Avropa İttifaqının liderlərinin çox aydın ifadə etdiklərini qeyd edib: “Oktyabrda bütün namizəd ölkələr üçün genişlənmə hesabatı dərc olunacaq və Aİ liderləri dekabrda növbəti addımlar barədə qərar qəbul edəcəklər. Lakin indiki vəziyyətdə Gürcüstanın bu il irəliləyəcəyini, növbəti mərhələyə keçəcəyini təsəvvür edə bilmirəm. Məhz ona görə ki, liderlər Gürcüstanın üzvlük prosesini dayandırmaq qərarına gəliblər”.

Faktiki olaraq Aİ səfirinin açıqlamasından belə başa düşülür ki, qurum Gürcüstan hökuməti ilə vidalaşıb və QHT, media sektoruna yatırımlar edəcək. Məqsəd isə sirr deyil. Bu arada belə iddia da yayılıb ki, Vaşinqton ötən il oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin nəticələrinə əsaslanaraq Gürcüstanda hakimiyyət dəyişikliyində qərarlıdır. Bu xəbərdarlığı Rusiyanın Xarici Kəşfiyyat Xidməti edib. Bildirilib ki, bu məqsədlə Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının ölkə daxilində nüfuzdan salınması, daxildə baş verən bütün uğursuzluqlarda məhz Rusiyanın günahlandırılması istiqamətində plan hazırlanıb: “Seçilmiş taktikaya əsasən bu planın əsas hərəkətverici qüvvəsi olan Prezident Salome Zurabişvili ABŞ mətbuatına müsahibə verib ölkənin Avropa İttifaqına üzvlüyü prosesinin dondurulmasında Rusiyanı ittiham edəcək. O, müsahibəsində həmçinin hökumətin Rusiya ilə yaxınlaşmasının faciəvi nəticələri barədə də danışacaq”.

Qeyd edilib ki, ABŞ tərəfindən Gürcüstan müxalifətinə ölkədə etiraz aksiyalarının keçirilməsinə dair göstəriş verilib. “Gürcüstanın taleyi oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ilə həll olunacaq”. Ölkənin sabiq prezidenti Mixail Saakaşvili belə deyib. “Sizə bunları söyləmək istəyirəm: doqquz ildə apardığımız, Gürcüstanı 90-cı illərin qaranlığından, bataqlığından çıxartdığımız islahatları indi heç kim ləğv edə bilməz. İndi ən vacibi irəli getməkdir, çünki bu seçki təkcə keçmiş yox, bu seçki xüsusilə və müstəsna olaraq gələcəklə bağlıdır”, – Saakaşvili bildirib. Beləliklə, aydın olur ki, yaxın dönəmdə Gürcüstanı sürprizlər gözləyir. Qərb QHT və əlaltı mediası vasitəsilə Gürcüstanda hakimiyyət dəyişikliyi planını reallaşdıra bilər. Sözsüz ki, Qərb və Rusiya Cənubi Qafqazda strateji rəqabət aparır. Ermənistanı öz çətiri altına almağa çalışan ABŞ Gürcüstanda itirdiyi mövqeyini də bərpa etməyə çalışır. O baxımdan ABŞ Gürcüstanla hərbi təlimləri təxirə salır, Aİ inteqraisya prosesini dayandırır və nəticədə gürcü iqtidarı sıxışdırılır. Prezident Salome Zurabişvili qeyd edib ki, Aİ-nın atdığı addım hökumətin anti-Avropa və anti-Qərb ritorikasına və hərəkətlərinə, hakim partiyanın yarıtmaz və düşmənçilik siyasətinə cavabdır.

“Yeni Müsavat”

Short URL: http://www.cumhuriyyet.net/?p=202796

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930