Hindlilər Ermənistanı ələ keçirir: İrəvanın mərkəzindən şok görüntülər – VİDEO
İrəvanın mərkəzi “Respublika” meydanından yayılan görüntülər sosial şəbəkələrdə gündəm olub. Globalinfo.az xəbər verir ki, görüntülərdə bir qrup hindilinin hökumət binasının yerləşdiyi şəhər meydanında qəribə şəkildə əyləndiyi əks olunur.
İlk başda görüntülərdəki şəxslərin ermənilər olduğu və dini bayram qeyd etdikləri deyilsə də, sonra onların məhz ölkəyə axın edən Hindistan vətəndaşları olduğu ortaya çıxıb.
Hindlilərin şəhər meydanındakı davranışları sosial şəbəkələrin erməni seqmentində birmənalı qarşılanmayıb. Son vaxtlarda hindlilərin kütləvi şəkildə Ermənistana köç etdiyi, küçələrdə yolverilməz hərəkətlər sərgilədikləri bildirilir.
Hətta bir sıra ekspertlər hindli axınlarının qarşısının alınmayacağı təqdirdə, Ermənistanın çox ciddi demoqrafik problemlər yaşaya biləcəyini qeyd edirlər. Bu, İrəvanın mərkəzi meydanında yayılan ilk belə görüntü deyil. Bir çox Emrənistan vətəndaşı ölkənin müxətlif yerlərində yaşayan hindlilərin fotosunu paylaşır və onların davranışlarından narahat olduqlarını bildirirlər.
Sözügedən görüntüləri təqdim edirik:
Ayşən Mustafa
Short URL: http://www.cumhuriyyet.net/?p=202804