İngiltərədə deputat seçilən türk qadın Qurana əl basaraq and içdi

12.07.2024 - 15:24

İngiltərədə ötən həftə keçirilən parlament seçkilərdə İşçi Partiyasından İcmalar Palatasına deputat seçilən türk əsili Nesil Çalışkan dünya mediasının gündəminə çevirlib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu gün Qurani-Kərimə əl basaraq and içib və vəzifəsinin icrasına başlayıb.

Məlumata görə, həmin anın görüntüləri İngiltərə daxil, Avropanın bir çox ölkələrinin mediası ilə sosial şəbəkə seqmentində böyük maraq oyadıb.

Xatırladaq ki, Nesil Çalışkan uzun illərdən sonra parlamentə daxil olan ilk Kipr türk əsilli millət vəkili olub. O, Barking bölgəsindən səslərin təxminən 45 faizini, rəqəmlə ifadə etsək,  6 min 227 səs toplayıb.

Onu da qeyd edək ki, İşçi Partiyasının deputat seşçiən digər müsəlman qadınlar – Şabana Mahmud və Naz Şah da Qurana and içiblər.

Lamiyə Əhmədli

MİA.AZ

Short URL: http://www.cumhuriyyet.net/?p=202852

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930