Bayden nəhayət etiraf etdi: adları qarışdırır – HAMIDAN SONRA ÖZÜ DƏ ANLADI

13.07.2024 - 14:32

ABŞ prezidenti Cozef Bayden çıxışları zamanı tez-tez səhvlərə yol verdiyini və adları qarışdırdığını etiraf edib. Report.az xəbər verir ki, Ağ Evin rəhbəri baş verənlər neqativ hallara baxmayaraq, seçki yarışından geri çəkilmə ehtimalını istisna edib. O, iyulun 12-də Miçiqanda keçirilən mitinqdə deyib: “Müzakirələrdən sonra mətbuatın mənə tənqidlərlə hücum etdiyini görmüsünüz. Məni sərt tənqid etdilər, çünki bəzən adları qarışdırıram. Mən deyirəm ki, bu Çarlidir, bu da Billdir. Media mənim əsas siyasi rəqibi respublikaçı Donald Trampın oxşar səhvlərinə o qədər də əhəmiyyət vermir.

Son zamanlar çoxlu spekulyasiyaların olduğunu görmüsünüz. Co Bayden nə edəcək? Yarışda qalacaqmı? O, gedəcəkmi? Cavabım budur: biz seçkidə iştirak edirik və qalib gələcəyik. Mən bunu dəyişdirmək niyyətində deyil. Bir çox insan mənim kampaniyamın dağıldığını deyir. Mən heç yerə getməyəcəyəm”.

Short URL: http://www.cumhuriyyet.net/?p=202883

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031