Trampa qarşı SUİ-QƏSD! YARALANDI!
ABŞ prezidentliyinə namizəd Donald Tramp Pensilvaniyada seçiciləri qarşısında çıxış edərkən silahlı hücuma məruz qalıb. Hələ ki, kimliyi bilinməyən səxs tərəfindən açılan atəş nəticəsində qulağından yaralanıb. Atəş Tramp çıxış etdiyi vaxt açılıb və o, qulağını tutaraq qorunmaq üçün dərhal yerə əyilib. Daha sonra isə Tramp hadisə yerindən uzaqlaşırılıb. Ehtimal ki, atəş açan şəxs onu başından vurmaq istəyib, ancaq məqsədinə nail ola bilməyib. Hadisə sırasında iki nəfərin öldüyü də bildirilir.

Hazırda Trampın vəziyyəti yaxşıdır və həyati təhlükənin olmadığı bildirilir. Ehtimal ki, bu hadisədən istifadə edərək, o, reytinqini artırmağa, sui-qəsd cəhdindən hiddətlənən insanların dəstəyini qazanmağa çalışacaq. Bayden də bəyanat verərək Amerika siyasətində bu cür zorakılığa yer olmadığını və hadisənin kəskin şəkildə pislədiyini bildirib.
Hadisədə qulağından yüngül yaralanan 76 yaşlı siyasətçi xəstəxanaya yerləşdirilib, onun həyati təhlükəsi yoxdur.
“New York Post”-un yaydığı məlumata görə,ABŞ-nin eks-prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdini həyata keçirən şəxsin adı Metyu Kruksdur. Bildirilir ki, 20 yaşlı gənc Pittsburq şəhərinin Bethel Park adlanan məhəlləsində yaşayır. Kruks Trampa yüz metr aralıdakı zavodun damından atəş açıb. Lakin uğursuz sui-qəsdçi ABŞ Məxfi Xidmətinin snayperi tərəfindən öldürülüb, cəsədinin yanında isə AR-15 tüfəngi aşkarlanıb./Oxu.Az/
Short URL: http://www.cumhuriyyet.net/?p=202928