Trampı qulağından yaralayan Metyu Kruks kim olub?..-DOSYE

15.07.2024 - 13:38

Donald Trampı öldürməyə cəhddə ittiham olunan 20 yaşlı Tomas Metyu Kruks qocalar evində işləyirmiş. Moderator.az “UNİAN”-a istinadla xəbər verir ki, “CNN-in məlumatına görə, müstəntiqlər hələ gəncin sosial şəbəkələrində motivi göstərən heç nə tapmayıblar. Hazırda Federal Təhqiqatlar Bürosu onun telefonuna giriş əldə etməyə çalışır.
Jurnalistlərin sözlərinə görə, Kruks Amerika Birləşmiş Ştatlarının keçmiş prezidentinin mitinq keçirdiyi ərazidən təxminən 35 mil cənubda yerləşən Bethel Parkda yaşayıb. 2022-ci ildə orta məktəbi bitirib və kollektivə uyğunlaşa bilmədiyi üçün daim yoldaşları tərəfindən ələ salınıb. Atıcının qocalar evində dietoloq köməkçisi kimi işlədiyi məlum olub. Tibb bacılarından biri jurnalistlərə bildirib ki, həmin yerdə də axtarış aparılıb.
Kruks respublikaçı kimi qeydiyyatdan keçmişdi, lakin əvvəllər demokratları dəstəkləyə qrupa kiçik ianələr də verib. O, yalnız bir dəfə, 2022-ci il aralıq ümumi seçkilərində səs verib. 2024-cü il prezident seçkiləri onun səs verəcəyi ilk seçki olmalı idi. “Oğlanın atasına aid ola bilən “AR” tüfəngindən istifadə etməklə onun şəxsiyyətini müəyyən etmək mümkün olub. Onun yanında heç bir sənəd olmayıb.
Oğlanın valideynləri sosial işçi olub. Kruksun atası əvvəlcə jurnalistlərə baş verənləri araşdırmağa çalışdığını deyib. Sonradan onunla əlaqə saxlaya bilməyiblər…
Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti D.Tramp Pensilvaniyada keçirilən mitinq zamanı yaralanıb. Atışma anı videoda lentə alınıb – siyasətçi əlini qulağına qoyaraq əyilib. Sonradan məlum olub ki, 20 yaşlı atıcı Gizli xidmət tərəfindən vurularaq öldürülüb. Tramp qulağından zədə alıb və tezliklə xəstəxanadan buraxılıb.
Amerika prezidenti Co Bayden Respublikaçılar Partiyasının qarşıdan gələn qurultayından əvvəl Trampın təhlükəsizliyini gücləndirməyi və təhlükəsizlik tədbirlərinə yenidən baxmağı əmr edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=203005

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930