ŞOK: AKP hökumətində 1915-ci il hadisələrini genosid sayan müşavir
Türkiyə baş naziri Əhməd Davudoğlunun erməni müşaviri Etyen Mahçupyan Osmanlı İmperiyasında 1915-ci ildə baş vermiş hadisələri genosid hesab edir. Musabat.com ermenihaber.am-a istinadən xəbər verir ki, bu barədə o, Britaniya parlamentində təşkil olunmuş Dəyirmi Masada çıxışı zamanı deyib.
“Əvvəl bildirdiyim kimi, mən özümü daha çox osmanlı kimi hiss edirəm, nəinki erməni kimi. Mən millətçi deyiləm. Ancaq əgər söhbət 1915-ci il hadisələrindən gedirsə, mən “ermənilərin genosidi” ifadəsini işlədirəm. Çünki genosid anlayışı var və 20-ci əsrin əvvəlində yaşananlar ona uyğundur. Ola bilsin, məni düzgün başa düşməyəcəklər, ancaq bununla belə, genosid – tarixi yox, hüquqi xarakteristikadır”, – deyə Etyen Mahçupyan çıxışında qeyd edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=20371