Putin ABŞ-a gedir

31.03.2015 - 11:09

putinRusiya Prezidenti Vladimir Putin bu ilin sentyabrında Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 70 illik yubiley sessiyasının açılışında çıxış edə bilər. ANS PRESS-in məlumatına görə, Kremlə və BMT katibliyinə yaxın mənbədən bildirilib ki, Rusiya liderinin səfəri qabaqcadan plana salınıb, ancaq bu məsələyə son aydınlıq yalnız avqustun başlanğıcında gətiriləcək. Hər şey beynəlxalq vəziyyətdən asılı olacaq.

Bu xəbəri prezidentin mətbuat katibi Dmitri Peskov təsdiqləyib və deyib ki, bu səfərin imkanları araşdırılır. Qəti qərar hələ qəbul edilməyib. V.Putinin Baş Assambleyanın sessiyasına qatılması baxılan variantlardan biridir. Bu mənada sessiyanın yubiley sessiyası olması o qədər də əhəmiyyətli deyil.

Xatırladaq ki, Vladimir Putin 2000, 2003 və 2005-ci illərdə BMT tribunasından çıxış edib. Baş Assambleyanın builki sessiyasının açılışında dünya liderlərinin əksəriyyətinin iştirakı gözlənilir. Həmçinin son iki onillik ərzində ilk dəfə Roma Papası da Nyu-Yorka gedəcək. Onun çıxışı sentyabrın 25-də nəzərdə tutulub.

Short URL: http://www.cumhuriyyet.net/?p=20408

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031