Erməni spikerin Narışkin qarşısında həyasızlığı

31.03.2015 - 11:33

rrRusiya Federasiyasının Dövlət Dumasının sədri Sergey Narışkin İrəvanda rəsmi səfərdədir. Səfəri çərçivəsində o, Rusiya-Ermənistan Universitetində Böyük Vətən müharibəsində qələbənin 70 illiyinə həsr edilmiş konfransda olub. Çıxış edənlər qeyd ediblər ki, Qələbə keçmiş Sovet İttifaqında yaşayan bütün xalqların birliyi hesabına əldə edilib.

Amma qəflətən Ermənistan Milli Məclisinin sədri Qalust Saakyan bütün natiqlərə sözün həqiqi mənasında tüpürdü. Spikerin qürrələnməsi aydın idi – erməni mətbuatının yazdığına görə, yüksək qonağın gəlişi ərəfəsində Saakyan öz şəxsi bufetini ciddi şəkildə təzələmişdi.

Heç bir dəxli olmadan Saakyan qəflətən bəyan etdi ki, Qələbənin 70 illiyi ilə uydurma erməni soyqırımının arasında hansısa görünməz əlaqə var. Yəni tam bir cəfəngiyyat nümayişi sərgilədi və “erməni məntiqi” göstərdi. Gərək uydurma erməni soyqırımı ilə Roma imperiyasının dağılması, yaxud tatar-monqol istilası arasında əlaqə axtarırdı. Amma nədənsə “dahi” spiker bu versiyalara çox dalmadı.

Belə çıxır ki, Qalust Saakyan öz şəxsi bufetində moskvalı qonaqdan çox qalıb və belə görünür ki, milli qəlyanaltılardan əlavə nələrinsə, məsələn konyakın tamına bir az çox baxıb. Erməni hakimiyyəti tərəfindən uydurulmuş bu tarix qaça bilməyib ölkədə qalmış sakinlərin başını qataraq gündəlik çörək problemindən uzaqlaşdırmaq məqsədini daşıyır. Yüzilliyin qeyd edilməsi keçəcək, amma həm iqtisadi problemlər, həm də işğal edilmiş Azərbaycan torpaqlarının geri qaytaralması ilə problem həll olunmamış qalacaq.

Həm də belə görünür ki, Ermənistan hakimiyyətinin göstərdiyi səylər boş olacaq və dəvət olunmuş yüksək qonaqlar aprelin 24-də İrəvana gəlməyəcək. Məsələn, Avstraliyadan təcili ismarış gəlib: “Bağışlayın, biz gələ bilməyəcəyik”.

Short URL: http://www.cumhuriyyet.net/?p=20417

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031