Türk dövləti sərt üzünü göstərdi: Girov götürülən prokuror azad edildi, terrorçular öldürüldü…

01.04.2015 - 00:38

rrTürkiyə polisinin həyata keçirdiyi əməliyyat nəticəsində bu gün günorta saatlarında girov götürülən İstanbul prokuroru Səlim Kiraz azad edilib. Musavat.com-un Türkiyə qaynağına istinadən verdiyi xəbərə görə, hücum zamanı prokuroru girov götürmüş üç terrorçu öldürülüb, prokurorun özü isə yüngül xəsarət alıb.

Əməliyyat zamanı binada atəş və partlayış səslərinin eşidildiyi bildirilir.

Qeyd edək ki, naməlum silahlı şəxslər prokuroru İstanbul prokurorluğunun binasında girov götürmüş və bir neçə şərt irəli sürmüşdülər.

Səlim Kiraz ötən il martın 11-də Türkiyədə kütləvi etiraz aksiyaları zamanı qətlə yetirilmiş yeniyetmə Berkin Əlvanın ölümü ilə bağlı işi aparıb. Prokuroru girov götürən şəxslər qeyri-qanuni solçu qruplaşmanın üzvləri idilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=20505

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728