Nemtsovun qatilindən şok açıqlamalar: “məni oğurlayıb necə ifadə verəcəyimi başa saldılar”

02.04.2015 - 01:59

rrRusiyalı müxalifət lideri Boris Nemtsovun qətlində şübhəli bilinən Zaur Dadayev onu saxlamazdan əvvəl oğurlandığını bildirib. Bu haqda Dadayev bu gün keçirilən məhkəmədə qeyd edib.
“Məni martın 5-də oğurlayaıblar və martın 7-də saxlandığımı mənə dedilər. Bu iki günü mən harada idim? Bu iki gün ərzində mənimlə bağlı nə baş verdi? Bütün bu vaxt ərzində mənə harada olduğumu və necə ifadə verəcəyimi mənə başa salırdılar”, – deyə Dadayev bildirib.
Prokurorun sözlərinə görə, ona təzyiq və oğurluq barədə şikayətlər daxil olmayıb. Müstəntiq Dadayevin səsləndirdiyi fikirləri yoxlayacağına dair söz verib.
Qeyd edək ki, bundan əvvəl Dadayev məhkəmədə təzyiq altında ifadə verdiyini bildirib. Xatırladaq ki, Boris Nemtsov fevralın 27-də Moskva vaxtı ilə 23:37-də öldürülüb. Qatillər Boris Nemtsova 6 güllə atıblar. Onlardan dördü hədəfə dəyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=20745

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031