Türkiyəyə qarşı qorxulu plan – Terrorçuların hədəfləri deşifrə olunub

03.04.2015 - 02:05

turkiye1Türkiyədə terrorçuların yeni hədəfləri deşifrə olunub.ANS PRESS-in məlumatına görə, Türkiyənin “Vətən” qəzetində yer alan xəbərə görə, terrorçular 3 mərhələli sui-qəsdlər hazırlayıblar.Plana görə, yaxın günlərdə 3 terror hücumu həyata keçirilməsi planlaaşdırılır. Birinci hücumda son hadisələr zamanı öldürülən terrorçuların qisasını almaq üçün polis bölmələri hədəfə alınıb. İkinci hücumda isə strateji məkanlar partladılacaq. Nəhayət, sonuncu hücumda isə siyasətçilərə və ölkənin tanınmış insanlarına qarşı sui-qəsdlər həyata keçiriləcək.
İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) də açıqlama vermişdi ki, hücumlarımı zamanı polis müdaxilə edərsə, silsilə terror aktları törədiləcək.
Qeyd edək ki, İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) adlandırılan terror təşkilatının üzvləri Çırağan ədliyyə binasına girərək prokuror Səlim Kirazı iş otağında girov götürmüş və öldürmüşdü. Ötən gün isə qadın terrorçu polis bölməsinə hücum etmişdi. Həri iki hücumda terrorçular məhv edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=20908

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728