Türk prokurorun qətlində ingilis izi?

03.04.2015 - 08:51

rrÖtən gecə səhərə yaxın Türkiyədə yerli polis əməkdaşları DHKP-C terrorçularına qarşı əməliyyat keçiriblər. ANS PRESS-in məlumatına görə, bu məqsədlə İstanbulun Okmeydanı rayonunda terrorçulara aid 45 evdə polis axtarış aparıb.

Yerli vaxtla saat 04.30-da (Bakı vaxtıyla 06.30) keçirilən əməliyyat zamanı 30 DHKP-C üzvü, o cümlədən 1 ingilis casus saxlanılaraq polis idarəsinə aparılıblar. Polis əməliyyat keçirdiyi binalardan birində döşəməsi, tavanı, qapısı və divarları poladdan olan bir otaqla qarşılaşıb. Otağın qapısı sındırılana qədər terrorçular içəridə bir çox sənədi və kompüteri yandıraraq məhv ediblər.

Qapını sındıran polis əməkdaşları otaqda sənədsiz silahlar, silahlara aid güllələr və terrorçulara aid sənədlər aşkarlayıb. Xatırladaq ki, martın 31-də Türkiyənin İstanbul şəhərində “Gəzi parkı” aksiyalarından polis tərəfindən öldürülən Berkin Elvanın işini aparan prokuror Mehmet Kiraz DHKP-C terrorçuları tərəfindən girov götürülmüşdü. Keçirilən əməliyyat zamanı 2 terrorçu məhv edilib, ağır yaralı vəziyətdə xəstəxanaya çatdırılan prokurorun isə həyatını xilas etmək mümkün olmayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=20927

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728