İran yenidən qarışdı: ərəblər köməyə çağrıldı

03.04.2015 - 12:07

rrİranın Ahvaz bölgəsində rejimə qarşı başladılan aksiyalar yenidən vüsət alıb.  Ahvazdakı müxaliflərin lideri Saleh Əbu Şərif ərəb ölkələrinə müraciət edib. Müraciətdə Ahvaz bölgəsi əhalisinin ərəb olduğu bildirilərək, ərəb ölkələrindən İran rejiminə qarşı yardım istənilib. Saleh Əbu Şərif həmçinin, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasını dəstəklədiklərini də ifadə edib.

Qeyd edək ki, bir neçə gün öncə, İranda keçirilən aksiyalar silahlı qarşıdurmaya çevrilmişdi. Hər şey ötən həftə oynanan matç sonrası İran İnqilab Mühafizəçiləri əsgərlərinin yeniyetmə Yasir Eşlibaşini öldürməsindən sonra başladı. İran İnqilab Mühafizəçiləri cənazə törəninində İran rejimi əleyhinə şüar səsləndirilməsinin ardından mərasimə atəş açdı. Bu hadisələr sonra silahlı müqavimətə başlayan ahvazlılar, İran inqilab qvardiyasına məxsus 7 maşını məhv edib.

Xatırladaq ki, 10 milyon əhaliyə sahib Ahvaz bölgəsi 1925-ci ildən bəri İranın nəzarəti altındadır. Ahvaz bölgəsinin əhalisi ərəbdir. (avropa.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=20989

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728