Putinin qorxduğu mövzu – arvadı bilir…

04.04.2015 - 11:32

putinarvad“Yalnız bir mövzu var ki, Putin onun açıqlanmasını təhlükəli sayır. Bu da onun qaranlıq şəxsi həyatıdır. Məndən Putin haqda soruşanda cavabım belə olur: Bunu onunla 30 il birgə yaşamış arvadından soruşun”. Bu açıqlamanın müəllifi Oleg Kalugin-dir – “KQB”nin sabiq generalı.

General Rusiyada vətənə xəyanət ittihamı ilə qiyabi olaraq 15 illiyinə həbs cəzasına məhkum ediblər. ABŞ-da mühacir həyatı yaşayır. Kalugin AzadlıqRadiosuna müsahibəsində deyir ki, Londonda mühacir həyatı yaşamış sabiq “KQB” əməkdaşı Alexander Litvinenko-nu Rusiya kəşfiyyatı aradan götürüb – Putinin şəxsi həyatının “görünməyən tərəfləri” haqda danışdığı üçün: “O, Londonda yaşayanda mən ona zəng etdim və dedim ki, Putinin şəxsi həyatı haqda yazmağı məsləhət deyil. Amma artıq gec idi. Az sonra onu öldürdülər”.

Kalugin deyir ki, Litvinenkonun aqibətini yaşamaqdan qorxmur, çünki onu “Putinin yaxın ətrafından olan bəzi insanlar himayə edir”. Kalugin deyir ki, Putinin 1998-ci ildə “FSB” – Federal Təhlükəsizlik Xidmətinə rəhbər təyin edilməsi qanun pozuntusu olub.

Çünki Putin 1991-ci ildə “KQB”dən istefa verəndə mayor idi. “FSB”yə isə yalnız general rəhbər təyin edilə bilərdi. Kalugin iddia edir ki, 90-cı illərin sonunda baş prokuror Yury Skuratovun karyerasına son qoymuş sex videosunu da “FSB” hazırlayb.  Çünki Skuratov Putinin hamisi, sonradan onu öz yerinə prezident qoyacaq Boris Yeltsinin ailəsi ilə əlaqəli korrupsiya faktlarını araşdırırdı.

Kalugin onu da iddia edir ki, hakimiyyətyönlü siyasətçi, Liberal Demokrat Partiyasının sədri Vladimir Zhirinovsky və mərhum Rusiya patriarxı 2-ci Aleksiy də “KQB” agenti olublar. Kalugin Aleksiyin bunu ona özünün etiraf etdiyini iddia edir: “O mənə dedi ki, sovet dövründə pravoslav kilsəsini qorumağın başqa yolu yox idi”.

Kalugin tanınmış bolqar yazıçısı Georgi Markovu da sovet dövründə “KQB”nin öldürdüyünü iddia edir. Onun sözlərinə görə, sui-qəsdi sosialist Bolqarıstanının təhlükəsizlik orqanları icra etsələr də, sui-qəsddə istifadə olunan zəhər “KQB”nin laboratoriyasında hazırlanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=21098

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728