Obama İrana görə İsrailə “yox” dedi

07.04.2015 - 14:27

200px-Official_portrait_of_Barack_ObamaABŞ prezidenti Barak Obama İranın nüvə proqramı ilə bağlı razılaşmaya İsrailin münasibətini böyük səhv adlandırıb. Azadliq.info xəbər verir ki, bu barədə o, National Public Radio-ya (NPR) açıqlamasında bildirib.

Məlum olduğu kimi, İsraiı İranla razılaşmanın imzalanmasının qəti əleyhinədir. Baş nazir Netanyahu bildirib ki, belə razılaşma İsrailin mövcudluğuna təhlükədir. Çünki Tehranın nüvə silahı yaratması üçün yol açır. Netanyahu razılaşmanın İranın İsrail dövlətini tanıması ilə bağlamağı təklif edir. Lakin Obama bu şərti rədd edib.

“Biz istəyirik ki, İranın nüvə silahı olmasın. Əgər İran Almaniya, İsveç yaxud Fransa olsaydı, nüvə infrastrukturu ilə bağlı danışıq fərqli olardı” – deyə Obama bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=21594

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728