İraqda Səddam Hüseynin kölgəsi dolaşır…

07.04.2015 - 15:59

İDİL lideri Əbubəkr əl-Bağdadi keçmiş bəəsçi zabitləri ələ aldı

ereb1Amerika mətbuatının yazdığına görə, “Minlərlə əcnəbi döyüşçü axınına baxmayaraq, “İslam Dövləti”nin, demək olar, bütün liderləri İraqın keçmiş zabitləridir.

Strateq.az xarici KİV-ə isnadən bildirir ki, “The Washington Post”un müxbiri Liz Slay bu məlumatı “iraqlılardan, suriyalılardan və qruplaşmanı öyrənməklə məşğul olan analitiklərdən” alıb.

Terror qurumu Səddamın dönəmində xidmət etmiş İraq zabitlərindən təkcə müharibə aparmaq təcrübəsini yox, həm də bəəsçilik çərçivəsində qoyulmuş bəzi əsas vəzifələri, həmçinin sanksiyalardan yayınmaq üçün 1990-cı illərdə yaradılmış qaçaqmalçılıq kanallarını mənimsəyib. İDİL bu gün qeyri-qanuni şəkildə neft hasil edir.

Suriyada yerli “əmir”lərə iraqlı müavinlər diqqətlə göz qoyur və qəbul edilən bütün qərarlar onlardan qaynaqlanır. İraqlı zabitlər komanda verir, taktiki və döyüş planları hazırlayır. Lakin iraqlıların özləri vuruşmurlar. Onlar ön xəttə əcnəbi döyüşçüləri göndərirlər.

Çoxları “İslam Dövləti”ni teror qruplaşması kimi tanıyır, lakin bu yanaşma uyğun gəlmir. Bəli, bu, terror qruplaşmasıdır. Amma təkcə bu deyil.

“İslam Dövləti: İraq-Levanta: terror ordusunuin daxilində” kitabının müəllifi, Dubay anlitiki Həsən Həsənin fikrincə, bu, İraqın daxilində üsyançı hərəkatdır və ölkə üçün üzvi qurumdur. İDİL-in yüksəlməsini mümkün etmiş amillər içində 2003-cü ildə Amerikanın İraqa müdaxiləsindən sonra İraq ordusunun buraxılması və şiələrin üstünlük təşkil etdiyi İraq sünni hökumətinin marginallaşması xüsusi rol oynayıb.

İDİL-in indiki lideri Əbubəkr əl-Bağdadi məqsədyönlü şəkildə keçmiş bəəsçi zabitləri ələ aldı. Bu işdə ona İraqın keçmiş baş naziri Nuri əl-Malikinin təşəbbüsü kömək etdi. O, 2011-ci ildə amerikalıların gedişindən sonra ordunun bəəsçi zabitlərdən təmizlənməsi yönündə yeni kampaniyaya başladı və bundan başqa, sünni azlığı təqibə məruz qoydu.

Ordudan azad edilmişlərin arasında briqada generalı Həsən Dulaymi də var idi. O, “The Washington Post”un müxbiri ilə söhbətində deyib: “İDİL-lə bağlı böhranlı durum təsadüfən yaranmayıb. Bu, amerikalılarla İraq hökumətinin yaratdığı problemlərin nəticəsiydi”.

Dulayminin sözlərinə görə, onun “yaxın dostlarından biri” uzun illər ərzində çətinliklə dolanışıq pulu qazanırdı, bundan sonra İDİL-ə daxil oldu”. Gegeral əmindir ki, kimsə ona iş və maaş versəydi, bunu etməzdi.

Slay yazır: “İlk baxışdan Səddam Hüseynin başçılıq etdiyi müstəbid BƏƏS partiyasının sekulyar ehkamları özlərinə “İslam Dövləti”nin təımsilçiləri deyən tərəfdarların İslam qanunlarının radikal təfsiri ilə uzlaşmır. Lakin bu iki kredo bir çox hallarda güclü şəkildə kəsişir. Hər şeydən öncə, hər ikisi onların hakimiyyətinə tabelikdən boyun qaçıranları qorxu vasitəsilə ram edir. Səddamın BƏƏS partiyası da İDİL kimi özünü beynəlxalq hərəkat hesab edirdi və ərəb dünyasının hər tərəfindən gəlmiş əcnəbi könüllülər üçün məşq düşərgələri təşkil etmişdi”.

Nanyanq texnoloji universitetinin (Sinqapur) tədqiqatçısı Əhməd Haşimin qeyd etdiyi kimi, Səddam Hüseyn Amerika müdaxiləsi ərəfəsində daha dini idarəçiliyə meyllənirdi ki, bu da keçmiş İraq zabitlərinin BƏƏS ideologiyasından islamçılığa keçidini asanlaşdırdı.

Lakin keçmiş bəəsçilərin İslam ideologiyasına əməl edib-etmədiyi mübahisəli məsələdir.

Haşim də buna şübhə ilə yanaşır: “Bəəsçilərin əksəriyyəti İDİL-in İraqın başında durmasında maraqlı deyil. İraqı özləri idarə etmək istəyirlər. Əksəriyyəti islamçılara Leninin gözüylə baxır: “Onlar hakimiyyətə gəlməkdən ötrü istifadə edə biləcəyimiz fayfdalı səfehlərdir”.

Digər tərəfdən, bu fikrə də rast gəlinir ki, hər şey əksinə baş verir, bəəsçilər cihadçılardan deyil, cihadçılar istefaya göndərilmiş çarəsiz zabitlərdən fayda götürürlər.

Yerli müşahidəçilərin fikrincə, belə bir durumun yaranmasında, birinci növbədə, amerikalılar günahkardır: “Onlar ordunu buraxarkən, necə düşünürdülər, bu adamla nə ilə məşğul olmalıydılar? Onlar işsiz qaldılar, görməyə bir iş yox idi və çörək qazanmağa yeganə yolları qalmışdı”.

Short URL: http://www.cumhuriyyet.net/?p=21627

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031