Yer kürəsində El Nino təhlükəsi: quraqlıq, qlobal istiləşmə, genişmiqyaslı epidemiyalar və MÜHARİBƏLƏR…
El Nino adlı təhlükəli hava fenomeninin əsas əlamətləri görüntülənib. Bunu ABŞ-ın okeanologiya və atmosfer araşdırmaları mərkəzinin milli meteoroloqları bildirib.
Alimlərin 2014-cü ildə gözlədiyi El Nino özünü 2015-ci ilin fevralında büruzə verməyə başlayıb. Ekspertlər El Nino müddəti ərzində quraqlıq və daşqınlar, həmçinin, planetdə istiləşmə, bundan başqa, malyariya, genişmiqyaslı epidemiyalar və digər xəstəliklərin olacağını qeyd edirlər. Maraqlısı isə odur ki, ekspertlər El Ninonun gəlməsi ilə sosial və hərbi münaqişələrin vətəndaş müharibəsinə çevriləcəyini də iddia edir. Statistikaya görə, mövcud hərbi münaqişələrin 21%-i El Ninoyla bağlıdır.
Qeyd edək ki, El Ninonun ən çox Cənubi Amerikaya təsir edəcəyi gözlənilir.(axar.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=21870