Molla rejiminin tərs damarı tutdu: “Embarqo qalxmadan imza atmayacağıq”
“Ölkəmizə tətbiq edilən embarqolar tamamilə qalxmadan nüvə razılaşmağa son imzanı atmayacağıq”. İran prezidenti Həsən Ruhani belə bir açıqlama ilə dünyaya qarşı gəlib.
Nüvə fəaliyyəti mövzusunda aparılan müzakirələrdə qərb ölkələri ilə “çərçivə razılaşmasına” gedən Həsən Ruhani qeyd edib ki, bu işlərdən tam imtina edilməyib: “Bizə tətbiq olunan embarqo tamamilə qaldırılmadan heç bir anlaşmaya imza atılmayacaq. İran heç vaxt öz əleyhinə olacaq bir anlaşmaya imza atmaz”. O, həmçinin danışıqlara qatılan bütün iranlıların böyük səy sərf etdiyini bildirərək onlara minnətdar olduqlarını vurğulayıb.
Ruhani nüvə müqaviləsini dünya ilə ortaq işlər həyata keçirmək üçün ilk addım olaraq gördüklərinin vurğulayıb: “Bu razılaşma həm qərb, həm də bölgə ölkələri baxımından faydalıdır. Region ölkələrinə səslənirik, gəlin qardaşlığımızı yenidən təsis edək””. (musavat.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=21943