İran cığallıq, ABŞ tərslik edir – Anlaşma pozula bilər

10.04.2015 - 01:56

iranabsABŞ Dövlət Departamentinin mətbuat katibi əvəzi Ceff Patke İran rəhbərlərinin, o cümlədən prezident Həsən Ruhaninin iyunun sonunda “altılıq”la imzalanacaq anlaşmadan dərhal sonra sanksiyaların götürülməsi tələbinə münasibət bildirib.

Musavat.com-un xarici qaynaqlara istinadən verdiyi məlumata görə, Departament rəsmisi bildirib ki, sanksiyaların götürülməsi mərhələli şəkildə və yalnız rəsmi Tehran tərəfindən nüvə sahəsi üzrə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirildikdən sonra həyata keçiriləcək.

Patkenin sözlərinə görə, aprelin 2-də Lozannada əldə edilmiş anlaşmanın əsas müddəaları qüvvədə qalır. “Sanksiyaların qüvvəsinin müvəqqəti dayandırılması İranla şərtləşdirilmiş məsələlər onun tərəfindən görülüb başa çatdıqdan sonra reallaşacaq” – deyib ABŞ diplomatı.

Short URL: http://www.cumhuriyyet.net/?p=22071

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728