Mənsimovla Ərdoğan ailəsi arasında daha bir sövdələşmə

10.04.2015 - 13:05

90010_res_01Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, qardaşı və yeznəsinin ortaq şirkəti “BMZ Group Denizçilik LTD” azərbaycanlı oliqarx, gəmiçilik maqnatı Mübariz Mənsimovdan daha bir gəmi alıb.

140 metr uzunluğunda, 17 metr enində olan yeni neft tankerinin inşası tamamlanmaq üzrədir və gəmi Ərdoğanlar ailə şirkətinə 18 milyon dollara başa gəlib.

Gəmi bu il iyulun 1-də dənizə endiriləcək. Şirkətin ortaqları Bilal Ərdoğan, Mustafa Ərdoğan və Ziya İlgendir.

Gəmi “Palmali” şirkətinin sifarişi və vəsaiti hesabına “Türkter Tersanəsi”ndə inşa edilib. Armada tipli tankerə Azərbaycanın mərhum xalq şairi Qabilin xatirəsinə “Poet Qabil” adı verilib.

Bu, “Türkter Tersanesi”ində “BMZ Group”un sifarişi və “Palmali”nin krediti hesabına inşa edilən, Ərdoğanların ailə donanmasına qatılan dördüncü tankerdir. Bundan əvvəl Türkiyə mətbuatı Mənsimovla Ərdoğanlar arasında dolaşıq biznes sövdələşməsi haqda yazaraq bildirmişdi ki, “BMZ Group” “Palmali”nin krediti hesabına inşa edilən tankerləri alır, daha sonra gəmilər Kiprdə qeydiyyatdan keçmiş offşor şirkətə dövr edilir. “Palmali” şirkəti isə tankerləri 10 illiyinə kirayələyir.

İndiyədək bu sxem əsasında “Bəyim Aslanova” tankeri (Mənsimovun nənəsinin adını daşıyır), “Məcid Aslanov” tankeri (azərbaycanlı oliqarxın babasının adıdıdır) və “Şövkət Ələkbərova” tankerləri “BMZ Group” şirkətinə satılıb. Gəmilərin hər biri 18 milyon dollara başa gəlib.(virtualaz.org)

Short URL: http://www.cumhuriyyet.net/?p=22162

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728