Türkiyə Papanın cavabını verdi…

12.04.2015 - 23:49

turkiye1Türkiyə Baş naziri Əhməd Davudoğlu Roma Papası Fransiskin qondarma erməni soyqırımı ilə bağlı çıxışına sərt münasibət bildirib. Davudoğlu bu çıxışın Papaya yaraşmadığını qeyd edib: “Bu açıqlama Papaya yaraşmadı. Dini liderlərdən bizim gözləntimiz sülh müraciəti etmələridir. Papanın açıqlamaları Avropada irqçiliyə təkan verir. Roma Papasının bəyanatı birtərəfli və əsassızdır. Könülləri qapalı olanlara arxivləri açmaq faydasızdır”.

Roma papası Fransiskin “erməni soyqırımı” barədə dediklərinə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da sərt cavab verib. Monqolustanda səfərdə olan Mövlud Çavuşoğlu “Twitter”dən Roma Papasının dediklərinə münasibət bildirib: “Papanın tarixi və hüquqi gerçəklərdən uzaq bəyanatı qəbuledilməzdir. Dini məqamlar əsassız ittihamlarla kin və nifrəti qızışdırmaq yeri deyildir”.

Qeyd edək ki, bu gün Roma Papası Fransisk Vatikanda keçirilən mərasimdə “əsrin ilk soyqırımı ermənilərə qarşı həyata keçirildi” demişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=22254

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728