Fars-ərəb savaşı başlayır

13.04.2015 - 12:19

ereb1Yəməndə baş verən hadisələr bölgə ölkələrini narahat etməklə yanaşı, yeni müharibə və münaqişə ocaqlarının yaranmasına yol açır. Yəməndə husi tərəfdarlarının ölkə prezidentinə qarşı etirazları və Yəmən prezidenti Əbd-Rabbu Mənsur Hadinin ölkədən qaçaraq Səudiyyə Ərəbistanında gizlənməsi hadisələri daha da qızışdırıb.
ANS PRESS-in məlumatına görə, Səudiyyə Ərəbistanının Yəməndəki husi silahlılarına hava hücumlarını davam etdirir. Bu isə husilərin müttəfiqi olan İranı ciddi narahat edir. Husi tərəfdarları Səudiyyəyə qarşı etiraz aksiyası keçirir, Tehran isə Səudiyyə Ərəbistanını Yəmənin daxili işlərinə qarışmaqda günahlandıraraq, bu ölkədən təcili əl çəkməsini tələb edir. İranın Ali Dini lideri Ayətulla Əli Xomeneyi keçən həftə bildirib ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın hava hücumları cinayət və soyqırımdır.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Səud Əl-Feyza İranın tələblərini rədd edib və deyib ki, biz istəyərəkdən Yəmənə gəlməmişik: “Biz Yəmənə legitim hakimiyyətə köməyə, Yəmən prezidenti Əbd-Rabbu Mənsur Hadinin hökumətini bərpa etməyə gəlmişik. İran Yəməndə hakimiyyətdə deyil.”
Pakistan parlamenti aprelin 10-da Səudiyyə Ərəbistanının Yəmənə hərbi müdaxiləyə dəstək üçün Səudiyyə Ərəbistanının xahişini rədd edib və hərbi kampaniyaya qoşulmamağa səs verib. Bununla bağlı Səudiyyə Ərəbistanının dini məsələlər üzrə naziri Saleh bin Əbdul-Əziz bin Mohamməd əl-Şeix bu gecə İslamabada gəlib, iki ölkə arasında möhkəm əlaqələrinin mövcudluğunu, parlamentin qərarını daxili məsələ olduğunu söyləyib.
Bundan əvvəl isə İranın xarici işlər naziri İslamabada gedib, Pakistanı Yəmənə əsgər göndərməməyə, dialoqu dəstəkləməyə çağırıb. Bir sözlə, bölgədə vəziyyət gərginləşir və İran-ərəb müharibəsinin başlayacağı ehtimalını yaradır

Short URL: http://www.cumhuriyyet.net/?p=22386

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031