Türkiyə atom dövlətinə çevrilir – VİDEO

15.04.2015 - 01:50

rrAzərbaycanın strateji müttəfiqi olan Türkiyə nüvə dövləti olmaq yolunda ilk addımını atıb. Rusiyanın dəstəyilə yaradılan yeni nüvə stansiyasının tikintisi heç də ölkədə hamının ürəyincə olmayıb. Nüvə dövlətləri sırasına Türkiyə də qoşulur. Bu gün Mersin vilayətində Türkiyənin Akkuyu ilk nüvə stansiyasının təməlqoyma mərasimi keçirilib.

Atom elektrik stansiyasını Rusiyanın “Rosatom” zavodu tikəcək. Hələ Rusiya prezidenti Vladimir Putinin Türkiyə səfəri zamanı iki ölkə arasında razılaşma olmuşdu. Danışıqlar 10 il çəkib. Artıq 4 il sonra Türkiyə enerji əldə edə biləcək.

Türkiyənin enerji naziri Taner Yıldız stansiyanın 2100-cü ilədək enerji istehsal edəcəyini, vaxtında inşa edilsəydi, bugünkü qədər enerji asılılığımız olmazdı söyləyib. Nüvə enerjisinə malik olmağa ehtiyacın haradan yaranması ilə bağlı Taner Yıldız fikrini belə əsaslandırıb ki, inkişaf edən ölkənin atom stansiyası mütləq olmalıdır:

Nüvə stansiyasına Azərbaycan əsilli Fuad Axundov rəhbərlik edir. İnşasına başlanan stansiyada 10 min nəfər çalışacaq. Türk mühəndislər Rusiyaya ixtisas artırmağa yollanıblar. “Rosatom”un direktoru Sergey Kiriyenko bildirib ki, Akkuyu 100 faiz Rusiya sərmayəsilə inşa edilir. Kiriyenko Fukusima, Çernobl qəzalarından sonra yeni tikilən stansiyalarda ən müasir texnologiyadan istifadə olunaraq təhlükəsizlik tədbirləri görüldüyünü diqqətə çatdırıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=22504

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728