Avropada dünyanın ən kiçik dövləti yarandı

16.04.2015 - 02:23

rrÇexiya Respublikasından Vit Yedliçka adlı bir vətəndaş Xorvatiya ilə Serbiya arasındakı yeddi kvadrat kilometrlik “neytral zonada” Liberland adında dövlət qurduğunu elan edib. Xorvatiyanın Zmeyavets şəhəri ilə Serbiyanın Başki Monoştor şəhərləri arasında, Dunay çayının qərb sahilində yerləşən sahənin nə Serbiyaya, nə də Xorvatiyaya aid olduğunu bildirən Yedliçka, 7 kvadrat kilometrlik sahənin “tərəfsiz bölgə” olduğunu iddia edib.

“Liberland.org” internet saytında yeni qurduğu dövlətin vətəndaşlığına keçmək istəyənlərin müraciətlərini qəbul edən Yedliçka, sayt vasitəsilə Liberland haqqında ziyarətçilərə məlumat verir. Saytda yer alan məlumatlara görə, tam adı Azad Liberland Respublikası olan dövlətin bayrağı və gerbi də var. Vit Yedliçkanın dövlət başçısı olduğu dövlətin, rəsmi dili isə çex dilidir.

Saytda həmçinin elan edilən yeni dövlətin şüarının “Yaşa və başqalarının yaşamasına icazə ver” olduğu bildirilərkən, yeni dövlətin sərhədləri daxilində ədalətli insanlardan ibarət bir cəmiyyət qurmaq istənildiyi qeyd edilir.

Liberland adlı dövlətin Monako, Honq-Konq və Lixtenşteyn kimi ölkələrdən ilham alınaraq yarandığı ifadə edilərkən, vətəndaşlıq üçün müraciət edəcək şəxslərin müraciətlərin qəbul edildiyi bildirilib. Saytda aprelin 13-də qurulduğu bildirilən Liberland dövlətində neçə nəfərin yaşadığı haqqında məlumat verilmir.(modern.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=22707

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031