Putinin rus polkovnikindən it xahişi: “arvadına it almağa icazə ver”

19.04.2015 - 22:59

rrRusiyada istefada olan polkovnik Boris Fadeyev prezident Vladimir Putinin canlı yayımda vətəndaşların suallarını cavablandırarkən ona ünvanlanmış xahişinə əməl edərək arvadına it alıb. Rostovdan olan polkovnik Boris arvadının ad gününə bir neçə gün qalmış ona it hədiyyə etməyə razılaşıb. Bu haqda polkovnikin arvadı Yelena bildirib. “Ərim mənə heç nə demədi. Oğlumla evdən çıxdı, it yetişdirən tapdı və aldı. İstədiyim kimi erkək it alıb. Adını Qoşa qoyduq”-o deyib.

Yelenanın bildirdiyinə görə, Putinin canlı yayımda müraciətindən sonra əri şokda olub, heç bir vəd verməyib və nə edəcəyinə dair götür-qoy edib. Nəhayət iti almağa qərar verib. Aprelin 16-da Putinə canlı yayımda Yelenanın rəfiqəsinin müraciəti oxunub. O, Ali baş komandan kimi Putindən xahiş edirdi ki, polkovnik Borisin arvadına it saxlamağa icazə verməsini xahiş etsin. Çünki Boris bütün hərbçilər kimi qətiyyətli adamdır və sözündən dönmək istəmir. Ancaq Ali baş komandan göstəriş versə o, fikrini dəyişər. Putin isə belə cavab vermişdi ki, Boris istefada olduğu üçün ona birbaşa əmr edə bilməz. Üstəlik Boris mənə deyə bilər ki, əvvəlcə sən öz məsələni həll elə. Və haqlı da olacaq. Buna baxmayaraq mən Borisdən xahiş edə bilərəm. Boris, zəhmət olmasa, xeyirxah ol, arvadına it almağa icazə ver”-dövlət başçısı bildirib. (virtualaz.org)

Short URL: http://www.cumhuriyyet.net/?p=22861

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031