“Qafqaz Əmirliyi”nin lideri öldürüldü
Dağıstanda fəaliyyət göstərən “Qafqaz Əmirliyi” qruplaşmasının əmiri Əli Əbu Məhəmmədin öldürülməsi xəbəri yayılıb. Məlumatı Türkiyə mediası yayıb.
Yayılan xəbərlərə görə, Rusiya Xüsusi Xidmət orqanları Dağıstan Vilayətinin Buynaks bölgəsində bir evdə olan Əli Əbu Məhəmmədi mühasirəyə alıblar. Təslim olmağı rədd edən Əli Əbu Məhəmməd və yanındakı iki silahlı uzun sürən atışmadan sonra öldürülüblər.
Qeyd edək ki, Əli Əbu Məhəmməd 2014-cü ilin martından, Doku Umarovun öldürülməsindən sonra “Qafqaz Əmirliyi”nə rəhbərlik edirdi. Rusiya güc strukturları və mediası hələlik hadisə haqqında heç bir məlumat yaymayıb.(avropa.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=22899