Mossad və Şabak agentləri arasında əxlaqsızlıq
İsrailin «Yadiut Aharnut» qəzeti İsrail rejiminin casusluq qurumu və bu rejimin təhlükəsizlik aparatında əxlaqsızlıq hallarını ifşa edib. Belə ki, nəşr Mossad və Şabakda cinsi təcavüzlər barədə şikayətlərin qeydə alındığını bildirib.
Məlumatda bildirilir ki, qurumda qadın işçilər kişilərlə müqayisədə təxminən 37% daha çox cinsi təcavüzə məruz qalıblar. Lakin onlar tanınmamaq və kimliklərini ifşa etməmək üçün susurlar.
Qeyd edək ki, bir müddət öncə sionist rejimdə polis qüvvələri arasında əxlaqsızlıq və cinsi təcavüz barədə çoxlu hallar qeydə alındığı barədə məlumatlar verilmişdi. Nəticədə polisə eimad o qədər aşağı düşdü ki, İsrail rejimi onların imicini yaxşılaşdırmaq vəzifəsini bir reklam şirkətinə tapşırdı.(faktxeber.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=22967