Gürcüstan Azərbaycan-Türkiyə imtahanından kəsilir – 24 apreldə İrəvanda olacaqlar
Gürcüstan rəhbərliyi aprein 24-də İrəvanda qondarma “erməni soyqırımı”nın 100 illiyinə həsr edilmiş tədbirlərdə hansı səviyyədə iştirak etməyə dair hələ qərar verməyib. Virtualaz.org saytı gürcü KİV-lərinə istinadən xəbər verir ki, bu mərasimlərdə prezident Georgi Marqvelaşvilinin və spiker David Usupaşvilinin iştirak etməyəcəyi dəqiqdir.
Gözlənilir ki, Gürcüstanı baş nazir İrakli Qaribaşvili təmsil edəcək. Lakin hələlik bu haqda rəsmi məlumat yoxdur və qərar verilməyib.
Gürcüstan mətbuatı yazır ki, ölkənin “soyqırım” mərasimlərində yüksək səviyyədə təmsil olunması strateji tərəfdaşlarını – Azərbaycan və Gürcüstanı incidəcək. Bu baxımdan rəsmi Tiflis olduqca həssas olan bu məsələdə qərar verməzdən əvvəl düşünüb-daşınmalıdır.
Ekspetlərin qənaətinə görə, Gürcüstanın tədbirlərdə iştirakdan tamamilə imtinası da düzgün olmazdı. Ona görə də ən optimal variant baş nazirin bu tədbirlərə qatılmasıdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=22983