İrandan Türkiyəyə serial xəbərdarlığı: axırınıca çıxacaq
Türkiyədə yayımlan türk seriallarını araşdıran İran dövlət televiziyası gəldiyi qənaəti açıqlayıb. İran dövlət televiziyası serialların türk mədəniyyətini çökdürdüyünü bildirib.
Qeyd olunur ki, seriallar türk mədəniyyəti və ənənələrini hədəf alıb. İran dövlət televiziyasına görə, türk serialları qeyri-qanuni əlaqələr, qətllər və həyat yoldaşlarını aldatma üzərində qurulub. Bildirilir ki, seriallar boşanmaların sayını çoxaldıb, evlənənlərin sayını isə azaldıb.
Qeyd edək ki, İranda dövlətə bağlı televiziya kanallarında dini məzmunlu türk serialları istisna olmaqla, digərlərin göstərilməsinə icazə verilmir. Peyk vasitəsilə yayımlanan televiziya kanallarında isə bir çox türk serialı göstərilir. (publika.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=23071