ŞOK! Maydanda insanları avropalı snayperlər güllələyib

21.04.2015 - 00:02

rrKiyevdəki son Maydan hadisələrində nümayişçiləri və polisləri güllələyən snayperlərlə bağlı növbəti bir iddia irəli sürülüb. Publika.az xarici mediaya istinadən xəbər verir ki, Avropa Parlamentinin deputatı və Polşa prezidentliyinə namizəd Korvin-Mikke Yanuş “Wiadomosci” nəşrinə açıqlamasında 2014-cü ilin fevralında Meydan hadisələrində iştirak edən snayperlərin Polşada təlim aldığını bildirib.

“Maydan – bizim işimizdir. Mən Avropa Parlamentində Estoniyanın Xarici İşlər naziri Urmas Paetin yanında otururdum. O, Avropa Birliyinin xarici siyasət məsələləri üzrə keçmiş ali komissarı Ketrin Eşton ilə söhbətində etiraf etdi ki, bizim insanlarımız Meydanda güllələyirdilər, Rusiya prezidenti Vladimir Putinin və yaxud da Ukraynanın keçmiş lideri Yanukoviçin insanları deyil”, – polşalı siyasətçi bildirib.

Onun sözlərinə görə, snayperlər xaosu gücləndirmək üçün 40 nümayişçi və 20 polisi Maydanda güllələyiblər.

Qeyd edək ki, Maydan hadisələrində snayperlərin iştirakı məsələsində bu günə kimi qarşılıqlı ittihamlar bir-birini əvəz edir. Kiyev və Vaşinqton ABŞ, o cümlədən bir sıra Avropa ölkələri snayperlərin Rusiyadan gəldiyini iddia edirlər. Moskva isə bildirir ki, nümayişçilər və polislərin güllələnməsini işini Maydana yaxın binalarda yerləşdirilən amerikalı snayperlər həyata keçirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=23081

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031