ABŞ və İran hərbçiləri Yəməndə üz-üzə

21.04.2015 - 03:21

??????????????????ABŞ Silahlı Qüvvələri bir hərbi təyyarə və bir döyüş gəmisinin Yəmənə göndərilməsi barədə qərar verib. ANS PRESS-in məlumatına görə, bu barədə Pentaqonun mətbuat katibi Stiv Uarren açıqlama verib. Onun sözlərinə görə, artıq hərbi təyyarə və döyüş gəmisi Yəmən istiqamətində yola çıxıb.

Uarren hərbi təyyarə və döyüş gəmisinin İranın Yəmənə silah göndərməsinin qarşısını almaq məqsədilə bölgəyə getdiyi ilə bağlı iddiaları rədd edib. O bildirib ki, hərbi təyyarə və gəmi dənizdə təhlükəsizliyi təmin etmək məqsədilə Yəmən sahillərinə göndərilib. Gəmi Yəmən sahillərindəki digər yeddi döyüş gəmisinə qoşulacaq.

Qeyd edək ki, hazırda bölgədə 2 dağıdıcı, 2 mina daşıyan və 2 min 200 ABŞ əsgərini daşıya bilən gəmi mövcuddur.

Short URL: http://www.cumhuriyyet.net/?p=23121

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728