İŞİD və “Taliban” arasında müharibə başlaya bilər
İŞİD və “Taliban” terror qruplaşmaları bir-birinə qarşı “cihad” elan edib. Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, bu barədə müvafiq sənədlər Əfqanıstanın təhlükəsizlik qüvvələrinin əlinə keçib.
“The Oslo Times” nəşrinin məlumatına görə, iki qruplaşma arasında konflikt İŞDİ lideri Əbu Bəkr əl-Bağdadinin “Taliban”ın yaradıcısı molla Məhəmməd Öməri “nə mənəvi, nə də siyasi etimada layiq olmayan axmaq və savadsız hərbi rəhbər” adlandırmasından sonra başlayıb.
Cavabında isə “Taliban” lideri bəyan edib ki, hərəkatdan heç kəs İŞİD bayrağı altına keçməyəcək və bu bayraq əfqan torpağında heç vaxt peyda olmayacaq. Hələ iki təşkilat arasında hərbi qarşıdurma haqda xəbər gəlməyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=23130