Yunanların taleyi 24 saata həll olunacaq

22.06.2015 - 21:16

99337_res_01Yaxın 24 saat Yunanıstanın borc böhranının çözümü üçün həlledici ola bilər.

Problemin çözülməsi yollarının müzakirə edilməsi üçün Avropa İttifaqı (Aİ) liderləri Brüsseldə növbədənkənar iclas keçirirlər.

Yunanıstan baş naziri Aleksis Tsipras sammit başlanarkən Yunanıstan “avrozona çərçivəsində iqtisadi inkişaf yolna dönəcəyinə” ümidvar olduğunu bildirib.

Lakin Avropa xarici işlər nazirləri bazar ertəsi Yunanıstana növbəti dəfə maliyyə yardımının göstərilməsi barədə qərar vermək üçün hələlik heç bir əsasın olmadığını bildiriblər.

Yunanıstan baş naziri Aleksis Tsipras ölkəsininin xarici borca görə defolta uğramasına yol verməmək üçün Aİ-ə yeni təkliflər təqdim etərək təqaüdlərin ixtisarı, elektrik enerjisi tariflərinin qaldırılması kimi qeyri-populyar tədbirlərə hökümətin razılıq verməyəcəyini vəd edib.

Brüsseldə bazar ertəsi işinə başlamış Aİ sammiti iştirakçıları Yunanıstan borcu ilə bağlı problemin həlli yollarını tapmağa çalışırlar.

Bazar günü Aleksis Tsipras Aİ liderlərinə Afinanın Beynəlxalq Valyuta Fondundan aldığı 1,6 milyard avro borca görə defoltdan yayınmaq üzrə yeni təklif təqdim etmişdi. Bəzi Brüssel məmurları bu təklifi “ümidverici” sayır.

Yunanıstan iyun ayının sonunadək Beynəlxalq Valyuta Fondundan (BVF) aldığı borca görə ödənişlər etməlidir. Bu, baş verməsə, ölkə avrozonanı və ola bilsin ki, Aİ-nı tərk etməli olacaq.

BVF, Avropa Komissiyası və Avropa Mərkəzi Bankı ilə Yunanıstan arasında danışıqlar 5 aydır davam etməkdədir. Bu qurumlar Afinaya 7,2 milyard avro həcmində yardımın verilməsini Yunanıstanın iqtisadi islahatlar proqramının keçirilməsinə razılaşması ilə şərtləndirirlər (BBC)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=26946

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930