Türkiyədə yeni seçilən millət vəkilləri bu gün and içəcəklər

23.06.2015 - 10:43

99367_res_01Bu gün Türkiyə Böyük Millət Məclisinin 25-ci çağırışın ilk toplantısı keçiriləcək.

“Report” xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb. Xəbərə görə, 550 millət vəkili bir-bir and içəcək. Yeni sədr seçilənədək parlamentə ən yaşlı deputat Dəniz Baykal sədrlik edəcək.

Andiçmədən sonra yeni sədr seçkisi keçiriləcək.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin sədri vəzifəsinə Ədalət və İnkişaf Partiyasından Nabi Avcı, Cümhuriyyət Xalq Partiyasından Dəniz Baykal və partiyanın sözçüsü Halik Koç, Milliyyətçi Hərəkat Partiyasından Ekmələddin İhsanoğlu və Murad Başəsgioğlunun namizədliklərinin irəli sürüləcəyi ehtimal olunur. Xalqların Demokratik Partiyasının namizədinin Mirmehmet Fırat olduğu açıqlanıb.

Məclis sədrliyinə namizədə ilk iki turda bütün deputatların 2/3-si səs verməlidir. Bu turlarda namizəd yetərincə səs toplamazsa, o zaman üçüncü turda səslərin yarısından çoxunu qazanan namizəd sədr seçiləcək. Bu turda da məclis sədri seçilməzsə, o zaman 4-cü turda ən çox səs qazanan namizəd parlamentə sədr seçiləcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27004

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930