İrəvan dəhşətli dəqiqələr yaşadı (VİDEO, FOTO)

23.06.2015 - 11:34

93863İrəvanda elektrik enerjisi tariflərinin artırılması ilə bağlı keçirilən etiraz aksiyasının bu səhər dağıdılması zamanı dəhşətli dəqiqələr yaşanıb.

ANS PRESS-in məlumatına görə, mitinqçilərə hücum edənlərin sırasında mülki geyimli kişilər, polis əməkdaşları və xüsusi təyinatlılar olub. Onlar insanları yerə yıxaraq paltarını soyundurur, onlara zərbələr endirir, ana söyüşləri ilə təhqir ediblər. Onlarla insan həbs edilib.

Təxminən saat 05:30-da Baqramyan prospektində, yəni Ermənistan prezidentinin adminstrasiyasının binası qarşısında etiraz edənlərə qarşı suvuranlardan istifadə edilib.

Güclü su şırnağı qaçanların üzərinə nizamsız şəkildə yönəldilib. Mülki geyimli insanlar qaçanlara qarşı xüsusi amansızlıq ediblər. 200-dən çox adam həbs edilib.
İrəvanın Azadlıq meydanında iyunun 19-da başlanan oturaq “Talana yox” aksiyasının əsas tələbi elektrik enerjisi tariflərinin yüksəldilməsi barədə qərarı ləğv etmək olub. Iyunun 22-I saat 19-da aksiya prezident iqamətgahının qarşısına keçirilmişdi.

Ermənistan Tarif Şurası ötən çərşənbə günü keçirdiyi iclasda “Ermənistanın Elektrik Şəbəkəsi” şirkəti (EES) tərəfindən istehlakçılara çatdırılan elektrik enerjisinə yeni tarifləri müəyyənləşdirib. Yeni qərara əsasən, avqustun 1-dən etibarən əhali üçün elektrik enerjisinə yeni qiyməti 6,93 dram (təqribən 0,015 dollar) yüksələcək və gündüz vaxtları üçün bir kVAT/saat üçün 48,78 dama qədər (təxminən 0,1 dollar), gecə vaxtı isə 38,78 dram (təqribən 0,08 dollar) təşkil edəcək. EES-in verdiyi sifarişdə isə qiymətlərin 17,08 dram (təqribən 0,036 dollar) qaldırılması təklif edilirdi.





https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27025

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930